AZ

İsrail kabinetində müəmmalı görüş, Netanyahu qorxunc planı açıqladı: Oktyabrda başlayır

Netanyahu fələstinliləri Qəzzadan deportasiya etmək üçün gizli planını Nazirlər Kabinetinə açıqlayıb və bir ay vaxt verib.

Publika.az “Milliyyet”ə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu cümə axşamı yüksək səviyyəli müdafiə rəsmiləri və kabinet üzvləri ilə görüşündə fələstinlilərin Qəzza zolağından “könüllü köçü” məsələsini qaldırıb. Görüşdə iştirak edən rəsmilərdən biri “The Times of Israel”ə bildirib ki, məsələ ətraflı müzakirə olunub.

İclasda müzakirə edilən planda qəzzalıların oktyabr ayından başlayaraq hava və dəniz yolu ilə tərk etməyə məcbur edilməsi nəzərdə tutulur. Planın gələn həftə İsrailə səfər edəcək ABŞ dövlət katibi Marko Rubio ilə də müzakirə ediləcəyi gözlənilir.

İsrailin miqrantların qəbulu ilə bağlı bir neçə Afrika ölkəsi ilə danışıqlar apardığı bildirilir . Kanal 13-ün məlumatına görə, Cənubi Sudan, Liviya, Uqanda və Somaliland ilə danışıqlar aparılsa da, hələlik razılıq əldə olunmayıb.

Seçilən
16
publika.az

1Mənbələr