AZ

Tehran: “Uran ehtiyatları dağıntılar altında qalıb”

AzVision.az xəbər verir ki, İranın Xarici İşlər naziri Abbas Əraqçi dövlət televisiyasının efirində belə bəyanatla çıxış edib.

“Nüvə materiallarımıza aid hər şey obyektlərə endirilən zərbələr nəticəsində dağıntılar altındadır. İranın Atom Enerjisi Təşkilatı hazırda onlara girişin mümkünlüyünü və həmin ehtiyatlarınvəziyyətdə olduqlarını qiymətləndirir”,- İran diplomatiyasının rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, qiymətləndirmə başa çatdıqdan sonra ölkənin Ali Milli Təhlükəsizlik Şurası üçün hesabat hazırlanacaq. Bu qurum isə İranın maraqları və təhdidləri əsasında gələcək addımlar barədə qərar verəcək.

Nazir həmçinin deyib ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları bərpa edilsə, Tehranın cavabı“qətiyyətli” olacaq.

- Bu reaksiyanın formasını və xarakterini Ali Milli Təhlükəsizlik Şurası müəyyənləşdirəcək, çünki bu məsələ hazırda ölkənin xarici siyasətinin ən mühüm mövzularından birinə çevrilib”,- diplomat qeyd edib.


İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmasının mümkünlüyü ilə bağlı Əraqçi deyib:“Bu məsələ həqiqətən də zaman-zaman bir variant kimi gündəmə gətirilib, lakin İranın variantları bununla məhdudlaşmır. Qərar hansı variantın milli maraqlara daha yaxşı xidmət etməsindən asılı olaraq veriləcək”.

Nazir həmçinin bildirib Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əvvəllər Qahirədə imzalanmış müqavilədə hələlik yoxlamaların nəzərdə tutulmadığını bildirib. Onun dediyinə görə, gələcək yoxlamalar əlavə danışıqlar aparmağı və Ali Milli Təhlükəsizlik Şurasının təsdiqini tələb edir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
17
azvision.az

1Mənbələr