AZ

Lavrov Ukrayna ilə bağlı səfirliyin dəyirmi masasında iştirak edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı münaqişə ilə bağlı səfirliyin dəyirmi masasında iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

Onun sözlərinə görə, görüş sentyabrın 17-də baş tutacaq. O bildirib ki, müzakirələrdə 100-dən çox ölkədən nümayəndə iştirak edəcək.

Bundan bir qədər əvvəl Zaxarova bildirmişdi ki, Polşa hakimiyyətinin Belarusla sərhədi bağlamaq qərarı Varşavanın beynəlxalq tərəfdaşlarına ciddi ziyan vuracaq. O xatırladıb ki, bu qərara əsasən, sentyabrın 11-də Polşa hakimiyyəti Belarusla sərhəddəki bütün keçid məntəqələrini, o cümlədən avtomobil və dəmir yolu keçid məntəqələrini bağlayacaq.

Seçilən
81
1
operativmm.az

2Mənbələr