AZ

İmamoğlunun diplomu etibarsız sayıldı – illərlə həbs...

Türkiyədə sabiq İstanbul Böyükşəhər Bələdiyyə sədri, müxalif siyasətçi Əkrəm İmamoğlu ilə bağlı səs-küylü məhkəmə prosesi başlayıb.

Musavat.com xəbər verir ki, ilk dinləmə Silivri həbsxanasının məhkəmə zalında keçirilir.

Prokuror İmamoğlunun 2 il 6 aydan 8 il 9 aya qədər azadlıqdan məhrum edilməsini və onun siyasi fəaliyyətinə qadağa qoyulmasını tələb edir.

Xatırladaq ki, 2025-ci ilin martında İstanbul Universiteti İmamoğlunun diplomunu ləğv edib. Buna səbəb kimi onun 1990-cı ildə Şimali Kiprdə yerləşən Qirnə Amerika Universitetindən İstanbul Universitetinə köçürülməsi zamanı YÖK (Yüksək Təhsil Şurası) qaydalarının pozulması göstərilib.

Məhkəmənin qərarı nəticəsində yalnız İmamoğlunun deyil, eyni qaydada köçürülmüş daha 28 nəfərin diplomu da “aşkar səhvlər” səbəbi ilə etibarsız elan olunub.

Musavat.com

Seçilən
46
1
musavat.com

2Mənbələr