AZ

Kəlbəcərdə yenə yol qəzası Bu dəfə “Niva” dərəyə aşdı VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Kəlbəcər rayonu, Çaykənd kəndində yol qəzası qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, sentyabrın 12-də saat 07:00 radələrində baş verib. Belə ki, sürücü - 1967-ci il təvəllüdlü Qaçay Abdullayevin idarə etdiyi “VAZ-2121” (Niva) markalı avtomobil yoldan çıxaraq dərəyə düşüb. Qəzaya səbəb sürücünün qəfil idarəetməni itirməsi olub. Nəticədə maşın dərəyə aşaraq yararsız vəziyyətə düşüb. Hadisə zamanı sürücü yüngül bədən xəsarətləri alıb. O, yaxınlıqda olan vətəndaşların köməyi ilə avtomobildən çıxarılıb. 

Qeyd edək ki, qəzanın görüntüsü müzakirələrə səbəb olub. İzləyicilərin sözlərinı görə, yolun kənarında qoruyucu məhəccər olmadığı üçün sürücülər xüsusilə döngələrdə böyük risklə üzləşirlər. Bu səbəbdən həmin ərazidə tez-tez qəzalar baş verir. Təsadüfi deyil ki, bir neçə gün öncə sözügedən ərazidə yük maşını aşmışdı. 

Təbii ki, qəzaların baş verməsində sürücülərin rolu da var. Sərt döngələrdə sürət həddini aşan sürücülər üçün təhlükə qaçılmaz olur.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
avtosfer.az

1Mənbələr