AZ

ABŞ-ın G7-dən tələbi: Onlara yüksək tariflər tətbiq edin!

ABŞ Moskvanı Ukrayna məsələsində sülh masasına oturmağa məcbur etmək məqsədilə “Böyük Yeddilik” ölkələrinə Rusiya neftinin alışına görə Çin və Hindistana yüksək tariflər tətbiq etmək üçün təzyiq etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Bildirilir ki, G7 maliyyə nazirləri cümə günü ABŞ-ın təklifini videokonfrans vasitəsilə müzakirə edəcəklər. Təşəbbüs Donald Tramp administrasiyasının Ukraynada sülh sazişinin əldə olunmasına yönəlmiş yeni tədbirlərin bir hissəsidir.

Qeyd edək ki, bu həftə ABŞ prezidenti Aİ-ni Çin və Hindistana 100%-ə qədər tariflər tətbiq etməyə çağırıb və indi bu ideyanı G7 tərəfdaşlarına da şamil edir.

"Çin və Hindistanın Rusiyadan neft alması Putinin döyüş maşınını maliyyələşdirir və ukraynalıların mənasız şəkildə öldürülməsini davam etdirir", - ABŞ Maliyyə Nazirliyinin sözçüsü deyib.

O, rüsumların müharibənin bitdiyi gün qaldırılacağını vurğulayıb. Dəqiq rəqəmlər verilməsə də, mənbələr 50-100% səviyyəsini bildiriblər.

Seçilən
30
publika.az

1Mənbələr