AZ

Təcili yardım həkimi çağırışa getdiyi evdə özünü binadan atdı

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın paytaxtı Moskvada çağırışa gedən təcili tibbi yardım həkimi intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Xoroşevskiy şossesindəki “Dinastiya” yaşayış kompleksində baş verib.

Həmin ünvana “Təcili yardım” briqadası çağırılıb. İlkin məlumata görə, çağırış uşağa görə edilib. Müayinə zamanı həkimlərdən biri, 34 yaşlı Pavel Naçinov eyvana çıxıb və 18-ci mərtəbədən yıxılıb. Onun meyiti sonradan binanın həyətindən tapılıb.

Məlumata görə, o, ixtisasca infeksionist olub, əvvəllər Tver vilayətində şöbə müdiri kimi işləyib. Son vaxtlar isə Moskvada yaşayıb və işləyib.

Pavel sosial şəbəkələrdə öz yazdığı şeirləri paylaşırdı. Sonuncu (bir sutkadan az əvvəl paylaşılan) şeirində müəllif günahkarlardan bəhs edib. Yaxınlarının sözlərinə görə, həkim dindar idi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
lent.az

1Mənbələr