İsrail ordusu son iki gündə işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Tulkərim şəhərində geniş miqyaslı reydlər keçirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, reydlər zamanı 1000-dən çox fələstinli saxlanılıb.
O bildirib ki, heç bir səbəb olmadan İsrail hərbiçiləri şəhərə hücum çəkib və 1000-dən çox fələstinlini həbs edərək, özləri ilə aparıblar: "Bununla yanaşı, onlarla ev dağıdılıb, aralarında qadın və uşaqların da olduğu xeyli insan alçalıdılıb, döyülüblər"
Tahir Şəlvəli
MİA.AZ