Paytaxtın Nəsimi və Yasamal rayonlarında vətəndaşların birinin avtomobilindən, digərinin isə evindən bank kartları oğurlanaraq hesablarındakı 2355 manat talanıb.
Musavat.com DİN-ə istinadən xəbər verir ki, bu barədə zərərçəkən şəxslər polis orqanlarına məlumat veriblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı E.Həsənova və əvvəllər məhkum olunmuş 37 yaşlı H.Süleymanov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.