AZ

“Made in Italy”nin yaradıcısı Corcio Armaninin vəsiyyəti açıqlandı

Keçən həftə 91 yaşında vəfat edən dünyaşöhrətli italiyalı modelyer-dizayner Corcio Armaninin vəsiyyəti açıqlanıb.

Çanta tikmək geyimdən sərfəli imiş - «Armani»nin milyardlıq imperiyası satılacaq

FED.az xəbər verir ki, vəsiyyətə əsasən, şirkətə tam nəzarət “Giorgio Armani” Fonduna keçəcək. “Armani” Fondu şirkətin yeganə sahibinə çevriləcək. Fond 18 ay ərzində şirkətin səhmlərinin 15 faizini satmalı olacaq. Bu satışda “LVMH”, “EssilorLuxottica” və “L’Oréal” kimi qlobal şirkətlər əsas alıcılar olacaq.

Bundan başqa, gələcək yeni səhm satışlarında şirkətin kommersiya əlaqələri olduğu digər moda və lüks brendlər də nəzərdən keçirilə bilər.

Xatırladaq ki, “moda kralı”, “Made in Italy”nin yaradıcısı”, “Stil ikonası” kimi bir çox titulları ilə tanınan Corcio Armani sentyabrın 4-də vəfat edib. (Azərtac)

Seçilən
4
4
fed.az

5Mənbələr