AZ

AFFA Santuşa hansı məbləğdə təzminat ödəyəcək?

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Portuqaliyalı məşqçi Fernandu Santuşun Azərbaycan yığmasının baş məşqçi postundan ayrılmasından sonra onun nə qədər təzminat aldığı müzakirə mövzusuna çevrilib.

Redaktor.az xəbər verir ki, həm sosial şəbəkələrdə, həm mediada müxtəlif rəqəmlər səsləndirilir. 

Təcrübəli mütəxəssisin millimizin “sükanı arxası”ndan ayrılmasına görə, 1, 1,5, 2 milyon məbləğində təzminat aldığı deyilir. 

AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov bu məlumatı təkzib edib: “Bu xəbərlər yalandır”. 

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Fernandu Santuş Azərbaycandan gedərkən AFFA-dan heç bir təzminat almayıb. 

Lakin təzminatla bağlı məsələ hələ də açıq qalır. Santuşun meneceri bununla bağlı danışmaq üçün Azərbaycana gələcək. Onun AFFA ilə danışıqlarından sonra isə hansı məbləğdə təzminat ödəniləcəyi bəlli olacaq. 

Federasiya da hazırda məsələyə xitam vermək üçün portuqaliyalı məşqçinin menecerini gözləyir. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
3
redaktor.az

4Mənbələr