AZ

Türkmənistan İsrailə etiraz etdi

BAKI, 12 sentyabr. TELEQRAF

Türkmənistan İsrail dövlətinin Qətərin paytaxtı Dohaya hava zərbələri endirməsini pisləyir və bu cür hərəkətləri Qətər dövlətinin suverenliyinə qəsd və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirir.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Hər hansı beynəlxalq məsələlərin həlli vasitəsi kimi gücdən istifadə və ya ondan istifadə hədəsi qətiyyən yolverilməz hesab edilir və bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin norma və prinsiplərinə ziddir”, - rəsmi Aşqabad qeyd edib.

Seçilən
7
teleqraf.com

1Mənbələr