AZ

Moskva Bakı və İrəvandan “3+3” formatında görüş üçün praktik addımlar gözləyir

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan tərəfini "3+3" formatında növbəti görüşün təşkilində praktik addımlar atmağa çağırıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

Zaxarova bildirib:

"Biz Azərbaycan və Ermənistan həmkarlarından növbəti xarici işlər nazirlərinin görüşünün yeri və vaxtının tez bir zamanda razılaşdırılması üçün praktik addımlar gözləyirik".

Qeyd edək ki, "3+3" platforması regiondakı tərəfdaşlıq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, İran və Gürcüstanı əhatə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
1
olaylar.az

2Mənbələr