AZ

Naxçıvanda 22 müəllimin əmək müqaviləsinə xitam verilib

“2024-cü ildə keçirilən sertifikasiya imtahanlarında 33 müəllim uğur qazanmadığından həmin təhsilverənlər 2025-ci ildə təkrar sertifikatlaşdırmaya cəlb edilib. Təkrar sertifikasiyanın nəticələrinə əsasən, həmin şəxslərdən 22-si təkrar sertifikasiya prosesində uğur qazanmadığı üçün həmin müəllimlərin əmək müqavilələrinə xitam verilib”.TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyi Aparatının Analitik təhlil və statistika sektorunun müdiri Məmməd Bayramov deyib.O bildirib ki, 2024-cü ildə 366, 2025-ci ildə isə 345 müəllim sertifikatlaşdırmaya cəlb edilib. Sertifikasiya prosesində yüksək nəticələr əldə olunub, iştirak edən təhsilverənlərin böyük əksəriyyəti uğurla mərhələləri keçib.

Seçilən
2
1
tehsil.biz

2Mənbələr