AZ

Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edilib

Xankəndidə gecə sürət yarışına çıxan şəxslər saxlanılıb. 

Ölkə.az-ın "Report"a istinadən xəbərinə görə, Orxan Hümbətzadə və Tural Baxışlı gecə saatlarında istifadələrində olan "VAZ-21154" markalı iki avtomobillə şəhərin əsas yolunda sürət yarışı həyata keçirməklə avtoxuliqanlıq edib.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə inzibati icraat başlanılıb. Hər iki şəxs bir il müddətinə sürücülük hüququndan məhrum edilib və hər biri 500 manat cərimə edilib.

Seçilən
0
3
olke.az

5Mənbələr