AZ

"Barselona"nın keçmiş ulduzu idi - məşqçi kimi qayıtdı

Keçmiş ulduz futbolçu Tyaqo Alkantara bir zamanlar formasını geyindiyi "Barselona"ya qayıdıb.

Milli.Az , kataloniyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, o, məşqçilər korpusunda yer alacaq.

34 yaşlı keçmiş orta xətt oyunçusu  futbolçulara taktiki məsələlərdə məşq keçəcək.

Qeyd edək ki, Tyaqo Alkantara 2024-cü ilin iyulundan avqustuna kimi "Barselona"da Hans-Diter Flikin köməkçisi vəzifəsində işləyib.

Ötən yay karyerasını başa vuran futbolçu "Barselona", "Bavariya" və "Liverpul" kimi Avropa nəhənglərində forma geyinib.

Tural
Milli.Az

Seçilən
5
1
milli.az

2Mənbələr