AZ

Kılıçdaroğlu, Özgür Özəlin çağırışına cavab vermədi

Keçmiş CHP Başqanı Kamal Kılıçdaroğlu Ankaradakı iş ofisindən çıxarkən jurnalistlərin suallarını cavabsız qoyub.

News365.az xəbər verir ki, CHP lideri Özgür Özel bir müddət əvvəl Kılıçdaroğluna müraciət edərək, “CHP-nin məhkəmə yolu ilə dizayn edilməsinə qarşı ən önəmli təminatın onun özü olduğunu açıqlaması çox qiymətli olar. Bu çevriliş cəhdlərinə qarşı ən önəmli təminat özüdür”, – deyə bildirmişdi.

Bu gün isə Kılıçdaroğlu ofisdən çıxdığı vaxt həmin çağırışla bağlı verilən suala münasibət bildirmədən, onu gözləyən avtomobilə minib ərazidən uzaqlaşıb.

News365.az

Seçilən
48
news365.az

1Mənbələr