AZ

Nepalda etiraz aksiyalarında ölənlərin sayı 51-ə çatdı

Nepalda sosial media platformalarına qoyulan qadağalardan sonra başlayan etirazlar nəticəsində ölənlərin sayı 51-ə yüksəlib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, etirazlar zamanı 13.500 məhbus qaçıb, hökumət isə sosial media qadağalarını ləğv edib.

Nepalın polis sözçüsü Binod Ghimire, etirazların şiddətlənərək toqquşmalara səbəb olduğunu və ölənlərin arasında 9 məhbus və 3 polis əməkdaşının olduğunu açıqlayıb.

"Təxminən 13 500 məhbus qaçıb, bəziləri geri alınıb, 12 533 nəfər isə azadlıqdadır", - deyə polis sözçüsü bildirib.

Seçilən
18
manset.az

1Mənbələr