AZ

Reuters: AK sentyabrın 17-də Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edəcək

Avropa Komissiyası (AK) sentyabrın 17-də 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı rəsmi təklif irəli sürəcək.

NOCOMMENT.az bildirir ki, bu barədə Reuters agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.

Onun sözlərinə görə, yeni məhdudiyyətlərlə bağlı rəsmi açıqlamanın sentyabrın 17-də Brüssel tərəfindən veriləcəyi gözlənilir.

Agentlik qeyd edir ki, AK iki Mərkəzi Asiya ölkəsinin banklarını, həmçinin “müstəqil Çin neft emalı zavodlarını” sanksiya siyahılarına əlavə etmək imkanını nəzərdən keçirir.

Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketi üzərində işi başa çatdırdığını bildirmişdi. O qeyd edib ki, məhdudiyyətlər Rusiya neftinin tədarükünə və bank sektoruna təsir edəcək.
Seçilən
20
3
nocomment.az

4Mənbələr