Portuqaliyada "Benfika"ya qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu üçün "Qarabağ" azarkeşlərinə 500 yer ayrılıb.
Bu barədə Far.Az-ə Ağdam təmsilçisindən məlumat verilib.
Komandanı səfər matçında stadiondan dəstəkləmək istəyən fanatlar vauçerləri bu gün, saat 15:00-dan etibarən iTicket.az-da əldə edə bilərlər.
Biletlərin qiyməti 88 manatdır.
Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.