AZ

"Süni intellekt öz hüquq və istəklərinə iddia etməməlidir"

"Microsoft" korporasiyasının süni intellektin inkişafına cavabdeh olan bölməsinin rəhbəri Mustafa Süleyman "Wired" jurnalına müsahibəsində bildirib ki, süni intellekt (AI) öz hüquq və istəklərinə iddia etməməlidir.

Texnologiya öz iradəsi, motivasiyası və müstəqil istəklərinə malik olmaq üçün deyil, bizə xidmət etmək üçün lazımdır. Bu texnologiyalar (süni intellekt) insanlar üçün işləməlidir. Vəziyyət nəzarət altına alınmasa, o zaman tezliklə süni intellektin hüquqları uğrunda mübarizəyə başlayacaq insanlar tapılacaq. 

M.Süleyman süni intellektin davranışı üçün aydın standartların və arzuolunmaz davranışlardan qorunma mexanizmlərinin işlənib hazırlanmasına çağırıb. Süni intellekt hazırda öz şüuruna malik deyil, lakin bir çox insanlar səhvən ona insani keyfiyyətləri aid edə bilərlər. O süni intellekt texnologiyasının potensialını nüvə silahı, elektrik və atəşlə müqayisə edib və vurğulayıb ki, süni intellektin nəzarətsiz inkişafı xaotik nəticələrə gətirib çıxara bilər.

XQ

Seçilən
7
3
xalqqazeti.az

4Mənbələr