AZ

Ukrayna Baltik dənizində Rusiyanın ən böyük neft terminalına hücum edib

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatları ötən gecə Baltik dənizində Rusiyanın ən böyük neft terminalına zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" xüsusi xidmət orqanlarına istinadən məlumat yayıb.

"Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatlarının uğurlu hücumu nəticəsində limandakı gəmilərdən birində və nasos stansiyasında yanğınlar baş verib, neft yükləmələri dayandırılıb. İxracın dayandırılmasından səbəbindən Rusiya büdcəsinin təxmini gündəlik itkiləri 41 milyon ABŞ dollara qədər ola bilər", - qurumdan bildirilib.

Həmçinin Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən Rusiyanın bir sıra neft nasos stansiyaları – "NPS-3", NPS "Andreapol" və "NPS-7" vurulub. Bunlar Ust-Luqa liman-terminalına xam neft tədarükünü təmin edən magistral boru kəməri sisteminin əsas elementləridir.

Primorsk - Rusiyanın beynəlxalq sanksiyalardan yan keçərək xarici bazarlarda neft satdığı "kölgə donanması"nın yüklənməsi üçün əsas mərkəzdir. Liman vasitəsilə ildə təxminən 60 milyon ton neft daşınır. Bu da Rusiyaya təxminən 15 milyard ABŞ dolları gəlir gətirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
3
azpolitika.info

4Mənbələr