AZ

Ermənistan və ABŞ “Tramp marşrutu”nu MÜZAKİRƏ ETDİ

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli əməkdaşı Brendan Hanrahan ilə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan “Tramp marşrutu” layihəsini müzakirə ediblər.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edək ki, bu marşrut Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsini əhatə edir.

Papoyan İrəvanın layihədə maraqlı olduğunu bildirib. O, özəl sərmayələrin cəlb edilməsi və həyata keçirilməsinə dair yol xəritəsinin hazırlanmasını təklif edib. Nazir, həmçinin infrastrukturun modernləşdirilməsi və sərhəd təhlükəsizliyinin təminində Amerikanın dəstəyinin vacibliyini vurğulayıb.

Tərəflər, əlavə olaraq, ABŞ-Ermənistan iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə ediblər. Buraya ticarət, investisiya, kənd təsərrüfatı, enerji, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və turizm sahələri daxildir.

Musavat.com

Seçilən
0
2
musavat.com

4Mənbələr