Bakı. Trend:
Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 2 309 ədəd minikavtomobili istehsal edilib.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 318ədəd və ya 12,1% azdır. Belə ki, ötən ilin bəhs olunan dövründəölkədə 2 627 ədəd minik avtomobilləri istehsal edilmişdi.
Cari ilin sentyabrın 1-nə ölkədə hazır məhsul ehtiyatı 16 ədədtəşkil edib.
Eyni zamanda, hesabat dövründə ölkədə 220 ədəd yük avtomobiliistehsal edilib ki, bu da 2024-cü ilin ilk səkkiz ayındakıgöstərici ilə müqayisədə 170 ədəd və yaxud 43,6% azdır.
Sentyabrıb 1-nə hazır məhsul ehtiyatı 61 ədəd təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycandamaşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqularınistehsalı sahələrində 2025-сi ilin yanvar-avqust aylarında 397,4milyon manatlıq məhsul istehsal edilib. Əəvvəlki ilin müvafiq dövrüilə müqayisədə maşın və avadanlıqların istehsalı 0,7% artıb,avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 24,8% azalıb.