AZ

Rusiyadan Azərbaycan açıqlaması: Bunu etməyə hazırıq

BAKI, 12 sentyabr. TELEQRAF

“Rusiya Azərbaycan və Ermənistandan 3+3 regional əməkdaşlıq platformasında iştirak edən ölkələrin xarici işlər orqanları rəhbərlərinin növbəti görüşünün tarixlərinin razılaşdırılması üçün fəal addımlar atacağını gözləyir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Diplomat qeyd edib ki, üzv dövlətləri Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya və İran olan belə bir format Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Cənubi Qafqaz üçün aktual olan digər mövzuların müzakirəsi üçün yaxşı platforma rolunu oynayır.

“Azərbaycanlı və erməni həmkarlarımızın bu platformada iştirak edən ölkələrin xarici işlər nazirlikləri rəhbərlərinin növbəti görüşünün yeri və tarixlərinin tezliklə razılaşdırılması üçün fəal addımlar atacaqlarını gözləyirik”, - Zaxarova qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, Moskva tərəfdaşlara bütün məsələlər üzrə lazım olan yardımı göstərməyə hazır olduğunu təsdiqləyir.

Seçilən
16
3
teleqraf.com

4Mənbələr