AZ

“Çelsi”nin yeni transferi 3 aylıq sıradan çıxdı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi “Çelsi”nin yeni transferi Liam Delap zədə səbəbindən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Msport.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Entso Mareska açıqlayıb.

22 yaşlı forvard Premyer Liqanın III turunda, “Fulhem”lə matçın ilk yarısında zədələnib. Mütəxəssis onun mövqeyində Juan Pedro və ya Mark Qiunu oynada biləcəyini söyləyib.

Delap ötən yay “İpsviç”dən 31 milyon funt-sterlinq qarşılığında “Çelsi”yə transfer olunub.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının IV turunda “Çelsi” ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.

Seçilən
31
1
msport.az

2Mənbələr