AZ

Gəncədə partlayış zamanı xəsarət alan qadının SON DURUMU

Evin vanna otağında qazı (su qızdırıcısını) yandıran zaman ehtiyatsızlıqdan yanıq xəsarətləri alan 33 yaşlı Ç.Həsənovanın son durumu açıqlanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 12.09.2025-ci il saat 10:40 radələrində 1992-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
 
“Hər iki yuxarı ətrafın və sinənin I, II dərəcəli yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”, - deyə xəstəxanadan bildirilib.

Qeyd edək ki, Gəncə şəhəri sakini Ç.Həsənova yaşadığı evin vanna otağında qazı (su qızdırıcısını) yandıran zaman ehtiyatsızlıqdan partlayış baş verib.
Seçilən
4
1
demokrat.az

2Mənbələr