AZ

Dambrauskas iki legioneri "Neftçi"yə qarşı oynada bilməyəcək

Misli Premyer Liqasının 4-cü turunda "Sabah"ı "Neftçi" ilə matça çıxaracaq litvalı mütəxəssis Valdas Dambrauskas iki legionerin xidmətindən faydalana bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:

"Heyətdə cəzalə futbolçu yoxdur. Zinəddin Xaled və Boyan Letiç zədə səbəbindən "Neftçi"yə qarşı oynamayacaqlar".

Qeyd edək ki, "Neftçi Arena"da keçiriləcək "Neftçi" - "Sabah" matçı sentyabrın 14-də keçiriləcək. Matçın start fiti 19:00-da səsləndiriləcək.

Nihat

Seçilən
6
1
fanat.az

2Mənbələr