AZ

Xaçmazda cüdo üzrə region birinciliyi FOTO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

U-14 və U-17 yeniyetmələr arasında cüdo üzrə region birincilikləri Xaçmazda start götürüb.

İdman.biz xəbər verir ki, bu barədə Cüdo Federasiysının mətbuat xidməti məlumat yayıb.

İlk olaraq Şimal bölgəsinin 14 yaşadək yeniyetmə cüdoçuları tatamidə güclərini sınayıblar.

Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən cüdoçularının mübarizə apardığı yarış Xaçmaz Olimpiya İdman Kompleksində keçirilir.

U-17 üzrə birinciliklər milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Qeyd edək ki, Şimal bölgəsi üzrə region birincilikləri sentyabrın 13-də başa çatacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
1
icma.az

2Mənbələr