AZ

Bakı Dövlət Universitetində bəzi ixtisaslarda dərslər dörd gün olacaq

Bakı Dövlət Universitetində (BDU) bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükü azaldılaraq dörd günə endirilib.
Sherg.az xəbər verir ki, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər.

Bildirilib ki, Bakı Dövlət Universitetinin jurnalistika və digər bəzi ixtisaslarında dərslər dörd gün keçiriləcək:

"Ali təhsil müəssisələrində bakalavriat təhsil səviyyəsi üzrə mövcud qaydalara uyğun olaraq, həftəlik dərs yükü 20/22 saat müəyyən edilib. Bakı Dövlət Universitetində dərs cədvəllərinin 4 və ya 5 iş gününə tərtib edilməsi qaydalara uyğundur. Jurnalistika ixtisası ilə eyni zamanda bəzi ixtisaslarda da 2025/26-cı tədris ilinin payız semestrində dərslər həftədə dörd iş gününə keçirilib".
Seçilən
4
29
sherg.az

10Mənbələr