AZ

Armani ölümündən sonra şirkətinin satılmasını vəsiyyət edib

Bakı. Trend:

Bir neçə gün əvvəl vəfat etmiş məşhur modelyer Corco Armanininvarisləri onun şirkətini ictimai bazara və ya satışa çıxarabilər.

Trend bu barədəİtaliya KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, Armani vəsiyyətində, ölümündən sonra 18 ayərzində şirkətinin səhmlərinin 15 faizinin, növbəti 3-5 il ərzində30-54,9 faizinin (eyni alıcıya) satılması barədə sərəncamverib.

Modelyer prioritet alıcılar arasında “L'Oreal”, “LVMH” və“EssilorLuxottica” üstünlük verilməsini istəyib.

Bundan əlavə, Armani vurğulayıb ki, varislər ilkin səhmlərinyerləşdirilməsini İtaliyada və ya digər böyük bazarda həyata keçirəbilərlər.

Dizayner şirkətin səsvermə hüququna malik səhmlərinin 40 faiziniöz silahdaşı və tərəfdaşı Pantaleo Del’Orkoya, 30 faizini 2016-cıildə təsis etdiyi “Fondazione Giorgio Armani” fonduna, 15 faiziniisə biznesinin müxtəlif sahələrinə rəhbərlik edən bacısı və qardaşıövladlarına vəsiyyət edib. Digər qohumlar isə səsvermə hüququolmayan səhmləri miras alıblar.

Məqalədə:
Seçilən
19
az.trend.az

1Mənbələr