AZ

Duet dostları arasında soyuqluq? - Ayan Nadirin oğlunun toyuna niyə qatılmadı?

Müğənni Ayan Babakişiyeva həmkarı Nadir Qafarzadənin oğlunun toyunda iştirak etməməsinin səbəbini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, ifaçı bu barədə “Günə Uğurla” verilişində danışıb. 

O bildirib ki, dəvət olunmasına baxmayaraq, məclisə qatıla bilməyib: Pepperoni pizza

“Məclisdə o qədər sənətçilər iştirak etdi, amma hamı danışdı ki, Ayan toya gəlmədi. Həmin gün övladımın ilk dərs günü idi. Ona görə də gedə bilmədim. Mənim üçün çox ağır gün idi. Mövzunu mənim üstümdə qurmaq düzgün deyil. Həyat tək məndən ibarət deyil, dünya da nə mənim, nə də Nadirin ətrafında fırlanır. Nadirə uğurlar arzulayıram. Sənət dostluğumuz hər zaman olub. Birlikdə çox duetlər oxumuşuq, çörək kəsmişik. O yenə də mənim dostumdur. İlk övladının toyunda iştirak etmişdim, amma bu dəfə alınmadı. İnsanlarda qıcıq yaratmayaq. Üstəlik, toya dəvət olunan ilk müğənnilərdən biri də mən olmuşam”.

Qeyd edək ki, Nadir Qafarzadə ötən günlərdə verdiyi açıqlamada Ayanla oxuduğu duetləri bundan sonra aktrisa Pərvin Abıyeva ilə ifa edəcəyini bildirmişdi.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
10
yenisabah.az

1Mənbələr