AZ

İPL-də avqust ayının ən yaxşı baş məşqçisi açıqlandı

İngiltərə Premyer Liqasında (İPL) avqust ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Fanat.Az İPL-in mətbuat xidmətində istinadən xəbər verir ki, "Liverpul"un çalışdırıcısı Arne Slot bütün rəqiblərini qabaqlayıb.

Slotun komandası çempionatda 3 qələbə qazanıb. "Qırmızılar" "Bornmut"u 4:2, "Nyukasl Yunayted"i 3:2, "Arsenal"ı 1:0 hesabı ilə üstələyiblər. 

Qeyd edək ki, 3 oyuna 9 xal toplayan "Liverpul" İPL-in turnir cədvəlində 1-ci pillədə mövqe tutub. Mersisayd təmsilçisi son İngiltərə çempionudur.

Nihat 
 

Seçilən
4
1
fanat.az

2Mənbələr