AZ

"South Park"-ın Çarli Körkü hədəfə alan seriyası silinib

"South Park"ın sağçı aktivist və Donald Tramp tərəfdarı Çarli Körkü hədəfə alan seriyası "Comedy Central"-dan çıxarılıb.

Kulis.az xəbər verir ki, “Got a nut” adlı seriyada Körkə bənzər gülünc obraz yaradılmışdı.

Çarli Körk 10 sentyabrda Utah Valley Universitetində çıxışı zamanı silahlı hücum nəticəsində öldürülüb.

Qeyd edək ki, həmin seriya "Paramount+"-da yayımlanmağa davam edir.

Seçilən
5
kulis.az

1Mənbələr