AZ

Naxçıvanın “Türk qapısı” kimi təqdim edilməsi bölgənin geosiyasi çəkisini necə dəyişdirəcək? – MÜHÜM DETALLAR

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk dövlətləri ilə əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Naxçıvana səfər edib. Bəs, Naxçıvanın “Türk qapısı” kimi təqdim edilməsi bölgənin geosiyasi çəkisini necə dəyişdirə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, Naxçıvan Türk dünyası üçün strateji əhəmiyyət daşıyan məkandır:

Vaşinqton

“Türk Dövlətləri Təşkilatının əsası məhz Naxçıvanda keçirilən türkdilli ölkələrin rəhbərlərinin ilk toplantısında qoyulmuşdu. Bu gün Naxçıvan həm Türkiyənin türk dünyasına, həm də türk dünyasının Türkiyəyə açılan qapısı kimi xüsusi strateji mövqeyə malikdir”.

Ekspertin sözlərinə görə, son zamanlar Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşmalar da Naxçıvanın geosiyasi və iqtisadi əhəmiyyətini daha da artırır:

“ABŞ-ın maliyyə və siyasi dəstəyi ilə Ermənistanda “Tramp marşrutu” adlandırılan Orta Dəhlizin yenidən qurulması paralel şəkildə Türkiyə-Azərbaycan dövlət sərhədi istiqamətində dəmir yol xəttinin bərpası ilə bağlı qərar qəbul olunub. Türkiyə rəsmilərinin Naxçıvana birbaşa səfərləri bu prosesin sürətlənməsinə xidmət edir”.

Politoloq əlavə edib ki, yaxın dövrdə Türkiyə ilə Naxçıvan arasında yeni infrastruktur layihələrinin, xüsusilə də Orta Dəhlizin imkanlarını genişləndirəcək təşəbbüslərin gündəmə gəlməsi gözlənilir.

“Bu, həm də Ermənistan və Azərbaycan arasında kommunikasiyaların bərpası perspektivini gücləndirir və bölgədə yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır”, – Taleh Əliyev vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
16
1
konkret.az

2Mənbələr