AZ

Özbəkistanda VIII əsrə aid əlyazma və sikkələr tapıldı - FOTO

BAKI, 12 sentyabr. TELEQRAF

Özbəkistanın Namanqan vilayətinin Axsikənd bölgəsində VIII əsrə aid 27 əlyazma və eyni dövrdən - Abbasilər Xilafətindən qalma 68 sikkə tapılıb.

Teleqraf xəbər verir ki, tapıntılar Axsikənd Arxeoloji Parkının tərkibinə daxil olan fonda təhvil verilib.

Abbasilərə aid sikkələrin üzəri ərəb qrafikası ilə yazılıb.

Əlyazmalarda coğrafiya, riyaziyyat, astronomiya və tibbə aid məlumatlar var. Onların arasında Samanilər və Qaraxanilər hökmdarlarının dövründə, eləcə də 1667-1670-ci illərdə İsveçdə, 1836-cı ildə Böyük Britaniyada buraxılmış sikkələr də var.

Seçilən
2
teleqraf.com

1Mənbələr