AZ

Azərbaycanda avtomobil istehsalı azalıb

2025-ci ilin yanvar–avqust aylarında avtomobil istehsalı sahəsində azalma qeydə alınıb.

Banco. az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat müddətində 2 309 ədəd minik avtomobili istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% azdır.

Yük avtomobillərinin istehsalı isə daha kəskin azalıb – cəmi 220 ədəd yük maşını buraxılıb və göstərici əvvəlki illə müqayisədə 43,6% geriləyib.

Anbarlarda cəmi 16 minik, 61 yük avtomobili var.

Seçilən
0
3
banco.az

4Mənbələr