AZ

Almaniya və Fransa Polşanın hava məkanının patrulunda iştirak edəcək

Almaniya və Fransa, 10 sentyabr gecəsi Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının hücumundan sonra Polşanın hava məkanının müdafiəsini gücləndirib.

Editor.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi sentyabrın 11-də keçirilən hökumət mətbuat konfransında bildirib ki, genişləndirilmiş alman hava polisi artıq ötən axşamdan operativ hazırlıq vəziyyətinə çatıb. Onun sözlərinə görə, hazırda bölgədə iki növbətçi qrup fasiləsiz rejimdə patrul xidməti aparır.

Atılan addımlar NATO-nun şərq sərhədlərinin təhlükəsizliyini möhkəmləndirməyə yönəlib.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr