AZ

“Mən subay deyiləm”

Müğənni Ayan Babakişiyeva şəxsi həyatından danışıb.

OLAY yazır ki, Ayan “Günə uğurla” verilişində açıqlamalar verib. Ayan həyatındakı şəxsdən söz açıb:

“Həyatımda hansı tərəfdən boşluq hiss edirəm? Kim deyir ki, həyatımda bəy yoxdur? Mən subay deyiləm. Hər zaman sevilmişəm, hər zaman arzuolunan qadın olmuşam. Bilirəm ki, bu sözlərimə görə qıcıq yaratmışam. Demirəm, həmişə xoşbəxt olmuşam. Düşünmüşəm ki, həyatımda doğru insan var. Sonra baxmışam ki, əslində tanımamışam, doğru seçim deyil. Mənim psixologiyama, düşüncələrimə zərər verir. Uzaqlaşmaq da çətin olub. Həyatımda insan var. Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.. Efirdə dedim ki, xoşbəxtəm, dalaşdıq. Toy nədir? Yox... İnşallah övladım üçün edəcəyəm. Böyüsün, bütün dostlarım yanımda olacaq”.

Seçilən
25
1
olay.az

2Mənbələr