Amerikalı fəal Çarli Kirkin qətli ilə bağlı saxlanılan şəxs atasına məhz onun atəş açdığını etiraf edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
CNN-in məlumatına görə, şübhəlinin atası "rəsmi həbsə qədər oğlunun təhlükəsizliyini təmin edib".
Öz növbəsində daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Çarli Kirkin qətlində şübhəli şəxs "böyük ehtimalla" istintaq altındadır.