AZ

Ermənistan və Türkiyə razılığa gəldiYENİLƏNİB

Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolu və elektrik ötürücü xətlərinin bərpası və işə salınması üçün hər iki ölkənin müvafiq orqanlarının lazımi texniki araşdırmalar aparması barədə razılığa gəlib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi nümayəndələrin görüşünə dair bəyanatında deyilir.

Rubinyan və Sərdar Kılıç, eyni zamanda, ali təhsil müəssisələrinin tələbələri üçün təqaüd imkanları yaratmaq və tarixi Ani körpüsünün birgə bərpası yolu ilə mədəni və akademik sahələrdə əməkdaşlığı gücləndirmək üçün səy göstərməyə razılaşıblar.

Xüsusi nümayəndələr, həmçinin 2026-cı ilin yayından etibarən müxtəlif istiqamətlərə uçuşlar həyata keçirən digər maraqlı şirkətlərin cəlb edilməsinə yönəlmiş zəruri işlərin görülməsi barədə razılaşıblar.

17:03

Xüsusi nümayəndələr Ermənistan-Türkiyə normallaşma prosesini müzakirə edib.

Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan parlamentdə bildirib.

Onun sözlərinə görə, türkiyəli həmkarı Sərdar Kılıçla iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.

Seçilən
14
8
xezerxeber.az

10Mənbələr