AZ

Azərbaycan Türk Dövlətləri Universiadasının qalibi oldu

Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən 3-cü Türk Dövlətləri Universiadasında Azərbaycan ümumi nəticələrə görə ölkələr arasında birinci olub.

Operativ Media xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin iştirakı ilə təşkil olunan yarışlarda sərbəst güləş, yunan-Roma güləşi, cüdo, şahmat, stolüstü tennis, voleybol və futzal olmaqla ümumilikdə 6 idman növündə 500-ə yaxın idmançı mübarizə aparıb.

Ölkəmiz 5 idman növündə təmsil olunaraq fərdi yarışlarda 9 qızıl, 7 gümüş və 5 bürünc medal qazanıb.

Komanda nəticələrinə görə isə yunan-Roma güləşində birinci, sərbəst güləş, stolüstü tennis və futzalda ikinci, cüdo və şahmatda isə üçüncü yer əldə olunub.

Beləliklə, Azərbaycan medal sayı və komanda nəticələrinin ümumi göstəricisinə əsasən birinci yeri tutaraq Universiadanın qalibi olub.

Seçilən
8
12
operativmedia.az

10Mənbələr