AZ

Dünyanın ən yaşlı sakini Özbəkistanda tapılıb

Azpost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Özbəkistanın Fərqanə vilayətində yaşayan Xuvaydo Umarova dünyanın ən yaşlı insanı kimi tanına bilər.

AzPost xəbər verir ki, Buvaydin rayon məhkəməsinin qərarına əsasən, qadının doğum tarixi 1895-ci il yanvarın biri kimi təsdiqlənib. Bu isə onun 130 yaşında olduğunu göstərir.

Məlumatı “URA.RU” yayıb. Bildirilir ki, bu, Özbəkistanda rəsmi sənədlərlə təsdiqlənmiş ilk belə uzunömürlülük hadisəsidir. Həmin dövrün kilsə dəftərlərində doğum qeydi olmasa da, məhkəməyə təqdim edilən şahid ifadələri əsas sübut kimi qəbul olunub.

Özbəkistanın Ədliyyə Nazirliyi artıq Qinnesin Rekordlar Kitabına müraciət etməyə hazırlaşır. Əgər beynəlxalq ekspertlər bu faktı təsdiqləsələr, Xuvaydo Umarova mövcud dünya rekordunu yeniləyəcək.

Məhkəmə iclası qadının yaşadığı “Qarakuм” məhəlləsində keçirilib və burada iştirak edən kənd sakinlərinin ifadələri əsas rol oynayıb.

Əgər nəticə təsdiqlənərsə, Fərqanə vilayətinin sakini hazırda qeydə alınmış ən yaşlı insanı – yaponiyalı Kane Tanakanı geridə qoyacaq.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
azpost.info

2Mənbələr