Respublikamızda son illər boşanma halları artmaqdadır.
Bəzən ailədə baş verən adi söz-söhbət tərəflər arasında münasibətlərin pozulmasına və son nəticədə boşanmaya gətirib çıxarır.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, Azərbaycanda ailələrin möhkəmliyini qorumaq üçün etnik dəyərlərə üstünlük verilməlidir. həqiqətən də tərəflər bir yerdə yaşaya bilmirsə, ömrü boyu əzab çəkməkdənsə, boşanmaq faydalıdır:
"Nümunəvi ailə modelinin təbliğ olunması, qismən də olsa, boşanmanın qarşısını ala bilər. Həmin ailələr yaşadıqları həyatı ictimaiyyətə çatdırmalıdırlar. Gəlinlərin qaynana ilə xoş münasibətdə olması və ya ər-arvadın bir-birini necə başa düşməsi barədə məlumatlar verilməlidir. Ailəsində problemi olan şəxslər bu məlumatlar sayəsində ailələrinin dağılmasının qarşısını alacaqlar".
Sevinc