AZ

Gərginlik pik həddə! Rusiya Polşanı vuracaqmı? ŞƏRH

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Rusiya tərəfindən Polşaya qarşı atılan addımların əsas məqsədi NATO-nun reaksiyasını sınamaq, Qərb ittifaqında daxili siyasi sabitliyi pozmaq və fikir ayrılıqlarını daha da dərinləşdirməkdir. Bu cəhdlər, Ukraynadakı müharibə kontekstində psixoloji üstünlük əldə etməyə yönəlmiş strategiyanın bir hissəsi kimi qiymətləndirilir. Polşa, Ukraynaya silah, sursat və logistik dəstək göstərən əsas mərkəzlərdən biri olduğu üçün, Rusiyanın hücumlarının Polşadakı logistik obyektlərin koordinatlarını da hədəf alması mümkündür".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Rusiyanın Polşaya müharibə elan etmə ehtimalının olub-olmamasından danışarkən bildirdi. 

"Rusiyanın Polşaya birbaşa hərbi müdaxilə ehtimalı aşağı qiymətləndirilir. Belə bir addım, NATO ilə Rusiya arasında genişmiqyaslı müharibəyə yol aça bilər və Rusiya bu cür qarşıdurmanı uzun müddət davam etdirmək üçün kifayət qədər resurslara malik deyil. Bu səbəbdən, Rusiya daha çox Belarus ilə Polşa arasında gərginlik yaratmağa çalışa bilər. Bütün bunlar göstərir ki, Rusiya yalnız hərbi yox, eyni zamanda siyasi və psixoloji sahələrdə də aqressiv siyasətini davam etdirir", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
redaktor.az

2Mənbələr