AZ

Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır

Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Su təchizatına yatırılan hər bir dollar dövlətə iki dollar həcmində vergi formasında geri qayıdır.

Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində təşkil olunan "Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq" panelində bildirib.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Onun sözlərinə görə, su insan həyatının bütün sahələri, o cümlədən biznes fəaliyyətləri üçün əsas resursdur:

"Sudan effektiv istifadə hər bir biznesin uzunmüddətli, dayanıqlı və uğurlu fəaliyyəti üçün vacibdir. Səmərəli su idarəçiliyi xərclərin azalmasına, əməliyyat səmərəliliyinin artmasına və ekoloji göstəricilərin yaxşılaşmasına imkan yaradır".

İş axtarmaq heç vaxt bu qədər həyəcanlı olmayıb! Hər gün yeni vakansiyalar, maaşı yüksək, etibarlı elanlar - AzVak.az-da. İndi bax, fürsəti qaçırma!

© "Report"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
marja.az

2Mənbələr