Ağdamda ölümlə nəticələnən yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Səfərli kəndi ərazisində baş verib.

"VAZ-21015" markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində maşında olan sərnişin 2011-ci il təvəllüdlü yeniyetmə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info