AZ

Mirzoyan Serdar Kılıçla görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin bu ölkə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçı qəbul edib.

 

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsində yazıb.

 

Xatırladaq ki, bu gün Ermənistanda iki ölkənin münasibətlərin normallaşdırılması üzrə nümayəndə heyətləri arasında görüş keçirilib. Tərəflər danışıqların nəticəsi olaraq Gümrü-Qars dəmir yolunun və elektrik xəttinin bərpası və istismarı üçün lazımi texniki tədqiqatların aparılması barədə razılığa gəliblər.

Seçilən
7
7
sitat.info

2Mənbələr