AZ

MPL:"Araz-Naxçıvan"dan inamlı qələbə, "Qarabağ" "Zirə"ni sınağa çəkir - YENİLƏNİR

Milli komandaların seçmə oyunlarına görə Azərbaycan çempionatında yaranan iki həftəlik fasilə başa çatır. 

Fanat.Az xəbər verir ki, bu gün Misli Premyer Liqasında 4-cü tur start götürəcək.

Üç günü əhatə edəcək turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Əvvəlcə "Kəpəz" Qəbələdə "Araz-Naxçıvan"ı qəbul edəcək. Rauf Cabarovun idarə edəcəyi görüş saat 17:45-də başlayacaq. İlk üç turda xal qazanmayan yeganə komanda olan Gəncə təmsilçisi bu həsrətə naxçıvanlılarla oyunda son qoymağa çalışacaq. Elmar Baxşıyevin komandası isə səfərdən 3 xalla yanaşı, lider kimi dönmək imkanına malikdir. 

Çünki "Zirə" günün növbəti oyununda “Qarabağ” ilə qarşılaşacaq. Mümkün xal itkisi "qartallar"ın zirvədən enməsinə yol açacaq. “Azərsun Arena”da baş tutacaq və saat 20:00-da start götürəcək matçın start fitini Rəşad Əhmədov səsləndirəcək.

Qeyd edək ki, 4-cü tura sentyabrın 14-də yekun vurulacaq.

Misli Premyer Liqası
1-ci dövrə, 4-cü tur
12 sentyabr

“Kəpəz” – “Araz-Naxçıvan 0:2 

Qol: Slavik Alxasov, 65. Bar Kohen, 85.
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Əliyar Ağayev, Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu.

Kəpəz: 22. Məmməd Hüseynov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 11. Vitor Feyjao, 29. Dioqo Verdaska, 12. Mahamadu Ba (k), 10. Ryonosuke Ohori, 38. Cefferson Bento, 6. Pedro Qomes.
Ehtiyat oyunçular: 1. Kaçper Rosa, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 19. Otar Aptsiauri, 55. Kresus Donqo.
Baş məşqçi: Adil Şükürov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 3. Bəxtiyar Həsənalızadə, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.

20:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Azersun Arena”.

“Qarabağ”: 99. Mateus Koxalski 27. Toral Bayramov 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 3. Sami Mmae 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 21. Hacıağa Hacılı 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 10. Giorgi Papunaşvili 93. Brahim Konate 11. Junior Martins 17. Ayron Qomis 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 8. İsmayıl İbrahimli 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 25. Enrike Kustodio 28. Leroy Mikels 30. Rikardo Martins 20. İssa Cibrila 5. Ange Mutsinzi 6. Eldar Quliyev


 

Seçilən
11
37
fanat.az

10Mənbələr