Rusiyada elektron hərbi qeydiyyat reyestrinin işə salınması və elektron çağırış vərəqələrinin paylanmasından sonra ölkə vətəndaşlarının xaricə çıxışı məhdudlaşdırılmağa başlayıb.
Sitat.info xəbər verir ki, bu barədə “The Moskva Times” qəzeti məlumat yayıb.
İlk belə hal sentyabrın 11-də Şeremetyevo hava limanında qeydə alınıb.
Qeyd olunur ki, hərbi xidmətdən yayınan 28 yaşlı bir gənc tibbi müayinədən keçmək üçün hərbi komissarlığa elektron çağırış vərəqəsi təqdim edib.
O bildirib ki, çağırışlar üçün nəzərdə tutulmuş internet saytında ölkədən çıxış qadağası göstərilib. Gənc, may ayında xaricə istirahət etməyi planlaşdırdığı üçün qadağanın işləyib-işləmədiyini praktiki olaraq yoxlamağa qərar verib.
Sərhəd xidmətinin əməkdaşları isə vurğulayıb ki, ölkədən çıxışa qoyulmuş qadağanı yalnız şəxsi şəkildə, hərbi komissarlıqda aradan qaldırmaq mümkündür